- Köhnə - Hadisə
- 1 İyun 2013 19:59
- 2 134
3 yol qəzası: 2 ölü, 1 yaralı
Sabirabadın Həşimxanlı kənd sakini Niyaməddin Ələkbərov idarə etdiyi “QAZ-33021” markalı avtomobili Bulduq kəndində aşırıb
Lent.az-ın məlumatına görə, olay nəticəsində o, həyatının itirib.
Rusiya Federasiyasının vətəndaşı Zülfüqar Nəciyev isə idarə etdiyi "VAZ-21074" markalı avtomobili Biləsuvar rayonunda yolun kənarındakı kanala aşırıb.
Xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib.
Tovuz rayon sakini Orxan Muxtarov isə Əlimərdanlı kəndində sürdüyü "VAZ-2107" markalı avtomobili aşırıb.
O.Muxtarovun avtomobilindəki sərnişini Eltun Mustafayev hadisə yerində keçinib.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
AzNews.az