Şirkətə məxsus kamera operatorun əlindən alındı, müxbir təhqir edildi Şirkətə məxsus kamera operatorun əlindən alındı, müxbir təhqir edildi

Polislər ANS-in əməkdaşlarını döydülər- Video

Şirkətə məxsus kamera operatorun əlindən alındı, müxbir təhqir edildi


Bu gün saat 16.00 radələrində ANS-in çəkiliş qrupuna Nəsimi rayonunun 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən təzyiq göstərilib. Operator və jurnalistlər Türkiyə səfirliyinin qarşısında keçirilən piketi lentə alarkən polis əməkdaşları onlardan ərazini tərk etməyi tələb edib.

Şirkətin əməkdaşları səfirliyə aid olmayan parka keçdikdən sonra polis çəkiliş qrupunun üzvləri: operator Feyruz Ağayev və jurnalist Elnarə Məmmədovanı təhqir edib.

Daha sonra bir neçə polis əməkdaşı operatorun qollarını buraraq kameranı əlindən alıb, onun özünü isə polis maşınına otuzduraraq naməlum istiqamətdə aparıb.

Jurnalist Elnarə Məmmədova kobud ifadələrlə təhqir olunub, ona fizi təzyiqlər göstərilib, bir neçə polis xanım müxbiri zorla polis maşınına otuzdurmağa çalışıb. Hadisədə iştirak edən polis əməkdaşları öz hərəkətlərini onunla izah etməyə çalışıblar ki, guya təzyiqə məruz qalmış şəxslərin üzərində onların jurnalist və orerator olduğunu əks etdirən sənəd və hər hansı nişan olmayıb. (anspress)



AzNews.az
image description image description image description