Bu il cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub, Ermənistan Ordusunun 12 hərbçisi məhv edilib Bu il cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub, Ermənistan Ordusunun 12 hərbçisi məhv edilib

Ötən ay atəşkəs 158 dəfə pozulub

Bu il cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub, Ermənistan Ordusunun 12 hərbçisi məhv edilib




Bu ilin may ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 158 dəfə pozulub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə əsasən, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbçisi şəhid olub, 1 hərbçisi isə yaralanıb.

Atəşkəsin ən çox pozulduğu ərazilər cəbhənin Füzuli və Ağdam istiqamətləri olub. Ötən ay ermənilər tərəfindən atəşkəs rejimi Füzuli rayonu istiqamətində 47, Ağdam rayonu istiqamətində isə 45 dəfə pozulub. Qarabağ cəbhəsinin digər istiqamətlərində-Goranboyda 20, Tərtərdə 16, Xocavənddə 11, Cəbrayılda isə 3 dəfə atəşkəs pozuntusu olub.

Ermənistan-Azərbaycan dövlət sərhədində - Qazax rayonu istiqamətində 9, Gədəbəy istiqamətində 7 atəşkəs pozuntusu qeydə alınıb.

Ümumilikdə, 2013-cü ilin ilk 5 ayında cəbhədə 736 atəşkəs pozuntusu (yanvarda 127, fevralda 154, martda 136, apreldə 161, mayda 158) qeydə alınıb. Ümumilikdə cari ilin ilk 5 ayında cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub. Azərbaycan snayperləri tərəfindən bu müddətdə Ermənistan Ordusunun 12 hərbçisi məhv edilib.


AzNews.az