Polis “Taksim olayları“na dəstək aksiyasını dağıtdı - Bakıda

Bugün saat 16.00-da Bakıda polis bir qrup gəncin İstanbuldakı nümayişlərə həmrəylik aksiyası keçirmək cəhdinin qarşısını alıb.

50-yə yaxın insan Türkiyə səfirliyi qarşısında toplaşaraq, İstanbulda nümayişçilərin tələblərini təmin etməyə çağırıblar. Onlar Türkiyə hökumətini etirazçılara qarşı təzyiqlərə son qoymağa və Taksim meydanında yenidən qurulması planlarından imtina etməə çağırır, xəbəri hadisə yerindən "Turan"ın müxbirləri verib.

Lakin polis toplaşanları səfirliyin binasından uzaqlaşdırıb. Gənclər jurnalistlərə bildiriblər ki, Bakının mərkəzində başqa yerlərdə həmrəylik aksiyalarını davam etdirəcəklər, lakin onlar konkret ünvan bildirməyiblər. //musavat.com//

AzNews.az
image description