Xudatda "Mersedes" markalı avtomobil ağaca çırpılıb. Xudatda "Mersedes" markalı avtomobil ağaca çırpılıb.

Xudatda dəhşətli qəza: sürücü yanaraq kül oldu

Xudatda "Mersedes" markalı avtomobil ağaca çırpılıb.



Xudat-Yalama yolunun 5-ci kilometrliyində "99-BL-255" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil sürücüsü ilə birgə yanıb. Sürücü Xudat şəhər, Osman Mirzəyev, 31 ünvanında yaşayan 22 yaşlı Hüseynov Camal Söhrab oğlu olub.

Şahidlərin bildirdiyinə görə, yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Bundan sonra avtomobil alışıb və sürücü ilə birlikdə yanıb.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. (trend.az)

AzNews.az