Azərbaycanın bir sıra qərb rayon və şəhərlərində əsən güclü külək ciddi fəsadlara səbəb olub Azərbaycanın bir sıra qərb rayon və şəhərlərində əsən güclü külək ciddi fəsadlara səbəb olub

Bölgələrdə elektrik enerjisi kəsildi

Azərbaycanın bir sıra qərb rayon və şəhərlərində əsən güclü külək ciddi fəsadlara səbəb olub



APA-nın məlumatına əsasən, Göyçay, Ağdaş, Yevlax, Bərdə, Goranboy və Mingəçevirdə bir saatdan çox əsən külək nəticəsində elektrik enerjisi kəsilib.

Külək bir çox yerlərdə ağacları yıxıb. Məlumata görə, qasırğa şəkli almış külək hələ də əsməkdə davam edir. Son dəqiqələrdə isə leysan yağışı başlayıb.

AzNews.az