İqbal Ağazadə qəza törətdi

"Ümid" partiyasının sədri, millət vəkili İqbal Ağazadə qəza törədib.

Bu gün saat 19:45 radələrində partiya sədrinin idarə etdiyi avtomobil 90 KF 017 dövlət nişanlı "Mercedes" markalı maşınla toqquşub.

Xəsarət barədə isə məlumat verilməyib.

Məlumat üçün bildirək ki, İqbal Ağazədə qəzanı Bakıda keçirilən XX Xəzər Neft-Qaz Sərgisindən qayıdarkən törədib.

Azər
AzNews.az