Cəbhədə gərginlik davam edir Cəbhədə gərginlik davam edir

Atəşkəs pozulub

Cəbhədə gərginlik davam edir




Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Kəngərli, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az