Daha bir yazar qurumun sıralarını tərk etdi Daha bir yazar qurumun sıralarını tərk etdi

Yazıçılar Birliyində “yarpaq tökümü”

Daha bir yazar qurumun sıralarını tərk etdi



Yazar Elnaz Eyvazlı Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk edib. O, buna səbəb kimi yazdığı yazıların qarşılığında hər hansı bir hadisəyə bildirdiyi münasibətə görə təzyiqlərlə üzləşmək istəmədiyini bildirib.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə AzNews.az-a açıqlamasında bunu normal qarşıladıqlarını söylədi:

"Üzvlərlə bağlı belə şeylər olur. Onların üzvlükdən çıxması Yazıçılar Birliyinin nüfuzuna xələl gətirmir. Əksinə, biz istəyirik ki, Yazıçılar Birliyinin üzvləri təmizlənsin, seyrəlsin. Bu bizi daha da sevindirir. Kimsə çıxmaq istəyirsə, yaxşı yol. Birlik heç vaxt onların gedişini ürəyinə salmayacaq".

Bahar Rüstəmli
AzNews.az