Azərbaycanda ölkədən çıxarılma ilə bağlı cəzaya məhkum olunanlar üçün yeni maksimum müddət müəyyənləşir. Azərbaycanda ölkədən çıxarılma ilə bağlı cəzaya məhkum olunanlar üçün yeni maksimum müddət müəyyənləşir.

Deportasiya üçün maksimum müddət: 48 saat

Azərbaycanda ölkədən çıxarılma ilə bağlı cəzaya məhkum olunanlar üçün yeni maksimum müddət müəyyənləşir.



Milli Məclisdən APA – ya verilən məlumata görə, Cəzaların İcrası Məcəlləsinin 166.6 maddəsinə edilən dəyişikliyə əsasən, deportasiya olunanlara ölkəni tərk etmək üçün maksimum 48 saat vaxt veriləcək.

Maddəyə edilən dəyişikliyə əsasən, Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edilmiş şəxslər 48 saat ərzində ölkə ərazisindən çıxarılmalıdır. Bu cəzanın tətbiqi ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane olan digər üzrlü səbəb olduqda şəxsin saxlandığı yer üzrə birinci instansiya məhkəməsi həmin cəzanı icra edən orqanın əsaslandırılmış təqdimatı əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxa bilər. Epizodun mövcud qüvvədə olan məsuliyyət isə Məcəllənin 166.4. maddəsinə əsasən belədir: "Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum olunmuş şəxs, əsas cəzanı çəkməkdən azad olunduğu gündən, üzrlü səbəblər istisna olmaqla, Azərbaycan Respublikasının hüdudlarını dərhal tərk etməlidir".

Layihə Milli Məclisin xüsusi sessiya ərzində iyunun 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az