Bakı şəhərinin Səbail rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhərinin Səbail rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıda qəza: bir ailənin 3 üzvü yaralandı

Bakı şəhərinin Səbail rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospekti 1 ünvanının qarşısında Yasamal rayon sakini, 1977-ci il təvəllüdlü Səfərov Fəxri Fəxrəddin oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobil, Xətai rayon sakini, 1982-ci il təvəllüdlü Qarayev Tuncay Etibar oğlunun sürdüyü "Mercedes"lə toqquşub.

Nəticədə "Prado"da olan sərnişinlər, sürücünün anası, 57 yaşlı Elza, həyat yoldaşı 31 yaşlı Ofeliya və qızı 6 yaşlı Güllü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar "Medi Club" xəstəxanasına yerləşdiriliblər.

Faktla əlaqədar Səbail RPİ-də araşdırmalar aparılır.

AzNews.az