Avtobus qəzasında yaralanan şəxslərin adları açıqlandı

Bakıda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada xəsarət alan şəxslərin adları açıqlanıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə qəza zamanı 1980-ci il təvəllüdlü Kəmalə Xəlil qızı Zərbəliyeva, Gülsəmən Nadir qızı Məlikova, Həqiqət Əziz qızı Məlikova, Şöhrət Əmrah qızı Manafova, Hamlet Telman oğlu Quliyev, Firuz Eldar oğlu Cavadov, Firəngiz Abış qızı Abışova, 1981-ci il təvəllüdlü Röya Əlipaşa qızı Məmmədova, 1996-cı il təvəllüdü Ayşə Əkbər qızı Cəlilova xəsarətlə xəstəxanaya yerləşdiriliblər. //apa//

AzNews.az