Sabah Azərbaycan ərazisində yağış yağacaq

İyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova apa-ya açıqlamasında deyib ki, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-20 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

AzNews.az