Azərbaycanda hərbi kursant xəstəlikdən ölüb. Azərbaycanda hərbi kursant xəstəlikdən ölüb.

Azərbaycanda kursant ölüb

Azərbaycanda hərbi kursant xəstəlikdən ölüb.




APA-nın məlumatına görə, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsil alan 1993-cü il təvəllüdü Cavadzadə Kənan Şakir oğlu bu gün səhər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Onun ölümünə son dərəcə ağır qiymətləndirilən və xroniki (bəd xassəli) hepatit mədə bağırsaq qanaxması ilə fəsadlaşan xəstəlik səbəb olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən kursantın ölüm faktını təsdiqləyiblər.

AzNews.az