Bakı-Qazax magistralının 450-ci kilometrliyində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bakı-Qazax magistralının 450-ci kilometrliyində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bakı-Qazax yolunda qəza: ölənlər var

Bakı-Qazax magistralının 450-ci kilometrliyində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.



Baş Dövlət Yol Polisi İdarəsinin tədqiqatçısı Azər Hüseynovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 01.00 radələrində Ağstafa rayonu ərazisində qeydə alınıb.

Bakı istiqamətdə hərəkətdə olan 30 yaşlı Rafiz Əmiraslanovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla 27 yaşlı Tural Nəsirovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Hadisə nəticəsində sürücülərdən biri i Rafiz Əmiraslanov hadisə yerində, digər sürücü Tural Nəsirov isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı 4 yaşlı sərnişin Fərid Əmiraslanov, Qazax rayon Alpout kənd sakini 44 yaşlı Qiyas Sarıyev və Ağstafa rayon Göycəli kənd sakini, 30 yaşlı Anar Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların səhhətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az