Mərakeşli nazir Azərbaycana səfər edəcək

Mərakeş Krallığın İslam işləri və vəqflər üzrə naziri Əhməd Tofiq gələn həftə Bakıya səfər edəcək.

Bu barədə APA-ya Mərakeşin Azərbaycandakı səfirliyindən bildiriblər.

Onun sözlərinə görə, səfərin məqsədi iyunun 11-də Fələstin xalqına yardım məqsədilə Azərbaycanda keçiriləcək beynəlxalq konfransda iştirakdır.

Səfər zamanı nazir Ə.Tofiq bir sıra görüşlər də keçirəcək.

AzNews.az