Qadınları Dubaya aparan həmyerlimiz həbs olundu

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini Gözəl Novruzova saxlanılıb.

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, G. Novruzova qadınları BƏƏ-nin Dubay əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.

AzNews.az