Yeniyetmə qız maşının altında qaldı - Bakıda

İyunun 9-da saat 23.30 radələrində "Mercedes Gelandwagen" markalı avtomobil Azadlıq meydanında 15-16 yaşlarında qızı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə baş verən andan Azadlıq meydanı ətrafında böyük tıxac yaranıb. Yol polisinin əməkdaşları hadisə yerində iş aparır.

Hadisə yerində olan polislər bildiriblər ki, qəzanı törədən sürücü artıq saxlanıb.//apa//

AzNews.az