Bakının Ekologiya Departamenti rəhbərsiz qaldı

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbəri vəzifəsindən azad edilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə daxil olmuş şikayətlər araşdırılıb. Araşdırma zamanı paytaxt ərazisində müxtəlif diametrli yaşköküstə ağacların kəsildiyi faktları aşkarlanıb.

Ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departametinin əməkdaşlarının Bakı şəhərində ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil edildiyi müəyyən olunub.

Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbəri və digər məsul şəxslər tutduqları vəzifədən azad edilib.

AzNews.az