Azərbaycanın Ucar rayonunun sakini Rusiyada itkin düşüb. Azərbaycanın Ucar rayonunun sakini Rusiyada itkin düşüb.

Azərbaycanlı biznesmenin oğlu Rusiyada itkin düşüb

Azərbaycanın Ucar rayonunun sakini Rusiyada itkin düşüb.




APA-nın yerli bürosunun məlumatına görə, uzun müddətdir Rusiya Federasiyasının Kostroma şəhərində yaşayan Xalac kənd sakini Əhmədov Məhəmmədəli Məmmədsalah oğlunun 1 aydan çoxdur itkin düşdüyü bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, M. Əhmədov valideynləri Azərbaycanda olarkən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri 1 aydan çoxdur ki, yoxa çıxan M. Əhmədovun itkin düşməsi ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanlarına məlumat versələr də, bu günə kimi ondan heç bir xəbər çıxmayıb.

M. Əhmədovun atasının uzun illərdi ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.