Diplomatik korpus müğənninin İspaniyaya qayıtmasını gözləyir Diplomatik korpus müğənninin İspaniyaya qayıtmasını gözləyir

Səfirimiz Kabalye ilə görüşəcək

Diplomatik korpus müğənninin İspaniyaya qayıtmasını gözləyir




Azərbaycanın İspaniyadakı Səfirliyi məşhur ispan müğənnisi Monserrat Kabalyenin işğal altında olan Azərbaycan torpaqlarına səfəri ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi notaya hələ də cavab ala bilməyib. Məsələ ilə bağlı Səfirlikdən ANS-ə açıqlama veriblər. Səfirliyin birinci katibi Cavid Kazımov deyib ki, diplomatik korpus müğənninin İspaniyaya qayıtmasını gözləyir. Diplomat həmçinin səfərdən qabaq müğənnini xəbərdar etdiklərini də bildirib.

Hələ Monserat Kabalyenin Ermənistanda və Dağlıq Qarabağda konsertlər verəcəyi barədə məlumatlar yayılan zaman Azərbaycanın diplomatik korpusu onun nümayəndələri ilə əlaqə saxlayaraq Dağlıq Qarabağ münaqişəsi bu ərazilərin Azərbaycana məxsus olması barədə məlumatlandırıblar. Lakin buna baxmayaraq, Kabalye Dağlıq Qarabağda konsertini təxirə salsa da, səfər baş tutub. Müğənni İspaniyaya qayıdandan sonra Azərbaycanın bu ölkədəki səfiri onunla görüşəcək və məsələni yenidən aydınlaşdırmağa çalışacaq.

AzNews.az