Reportaja gələn jurnalistlər döyüldü-MƏSCİDDƏ

Almaniyada vəhhabilər "Tayxud" məscidində reportaj hazırlayan Almaniyanın ARD telekanalının jurnalistlərinə hücum ediblər.

Gözlənilməz hücumdan şoka düşən jurnalistlər xəsarət alıb və onlara məxsus avadanlıqlar sındırılıb. Operator isə daha güclü xəsarət alaraq, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Daxil olan xəbərdə qeyd olunur ki, bir qrup islamçı gəncin toplaşaraq Bəşər Əsəd qüvvələrinə qarşı vuruşmaq üçün Suriyaya getməyə hazırlaşdıqları haqda jurnalistlərdə məlumat olub. Onlar da bu səbəbdən həmin gənc qrupu çəkmək üçün Tayxud məscidinə yollanıblar.

Sözügedən məscidin mollası Təhra Nəvəzin bildirdiyinə görə, jurnalistlərə həmin qrupun üzvləri hücum ediblər.

Maraqlıdır ki, iyunun 7-də baş vermiş hadisə barədə məlumat indi açıqlanıb. Fakt üzrə cinayət işi açılıb və polis faktla bağlı araşdırmalara başlayıb.

Elman
AzNews.az