NİZAMİ PARKININ QAPILARI QIFILLANDI NİZAMİ PARKININ QAPILARI QIFILLANDI

Dərbənddə yeganə Azərbaycan məkanını da bağladılar – ÖZƏL

NİZAMİ PARKININ QAPILARI QIFILLANDI



Dərbənddə Nizami Gəncəvinin adını daşıyan park bağlanıb. Bu barədə AZNEWS.AZ-a Dərbənddəki mənbələrdən məlumat daxil olub.
Mənbənin dediyinə görə, Nizami Parkı bu Azərbaycan şəhərində Azərbaycan adına yeganə məkandır.

"Bu parkın təmir adıyla bağlanması isə bizim üçün gözlənilməz oldu".
Mənbənin dediyinə görə, bağın qapılarına qıfıl vurulub. İçəri heç kim buraxılmır. Söhbət gəzir ki, Nizaminin heykəlini və parkdakı "7 Gözəl" abidəsini də oradan götürəcəklər.
Xatırladaq ki, bir qədər əvvəl adıgedən heykəl və abidə üzərinə rəng atılaraq təhqir edilmişdi.

Zaur
AzNews.az