Bakı şəhərində daha bir neçə qız itkin düşüb. Bakı şəhərində daha bir neçə qız itkin düşüb.

Bakıda 3 qız itkin düşüb

Bakı şəhərində daha bir neçə qız itkin düşüb.




Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Alatava qəsəbə sakini Rüstəm Həsənov bacısı 1986-cı il təvəllüdlü Günel Həsənovanın naməlum şəraitdə itkin düşməsi barədə məlumat verib. R.Həsənov bacısının ruhi-əsəb xəstəsi olduğunu qeyd edib və onun xarakterik əlamətlərini polisə bildirib.

Oxşar hadisə Səbail rayonunda da baş verib. Gecə saatlarında 8-ci Polis Bölməsinə gələn Bibiheybət qəsəbəsi, döngə 2 ev 17 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Həsənov Nicat Murad oğlu bacısı qazının itkin düşməsi barədə məlumat verib. N.Həsənov bildirib ki, onunla eyni ünvanda yaşayan bacısı qızı 18 yaşlı Məleykə naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Daha bir itkin düşmə hadisəsi Xətai rayonunda baş verib. Rayon sakini, 15 yaşlı Aytac Ağabalayeva iyunun 10-da evdən gedib. 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində yeniyetmə qız şəhər ərazisində sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

AzNews.az