Kürdəmirdə ev yandı

Kürdəmir rayonunun mərkəzindən 30 km məsafədə yerləşən Mollakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 6 otaqlı taxta konstruksiyadan ibarət barak tipli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar nazirliyinin məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az