Döyüş təyyarələri və helikopterləri hərbi parada hazırlaşır Döyüş təyyarələri və helikopterləri hərbi parada hazırlaşır

Qırıcılar Bakı səmasında- Fotolar

Döyüş təyyarələri və helikopterləri hərbi parada hazırlaşır




Bakıda iyun ayının 26-da keçiriləcək hərbi parada hazırlıq keçirilib.

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri paytaxtın səmasında parada hazırlıq çərçivəsində təlim uçuşları keçirib.

Əvvəl havaya təyyarələr qalxıbr. ANS PRESS-in məlumatına görə, təyyarələr Bakı buxtası, Azadlıq meydanı üzərindən uçuşlar həyata keçiriblər. Səmada təyyarələr 5-lik və 3-lük şəklində uçub. Onlar rəngli tüstülərlə Azərbaycan bayrağının əksini yaradıblar. Daha sonra təlimə hərbi helikopterlər qoşulublar.

Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25 və digər hərbi təyyarələr var.

Qeyd edək ki, bu Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunan parad müstəqillik dövründə Silahlı Qüvvələrin dördüncü hərbi paradı olacaq. İlk hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci hərbi parad 2008-ci, üçüncü hərbi parad isə 2011-ci il iyunun 26-da keçirilib. Paradda Azərbaycan Silahlı Qüvvələrinin nailiyyətlərinin, son illərdə sahib olduğu ən müasir silah və hərbi texnikaların nümayişi nəzərdə tutulur.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description