Şamaxıda silahlı insident

Şamaxı şəhərindəki mərkəzi bazarın qarşısında şəhər sakini Namiq Zərbəliyev münaqişə zəminində həmyerlisi Şahseyran Mikayılova tüfəngindən atəş açıb.

Xoşbəxtlikdən atəş Ş.Mikayılovdan yan keçib.

"Qafqazinfo" xəbər verir ki, insidenti törədən N.Zərbəliyev rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

AzNews.az