Bakıda yük maşını qəzaya uğradı

Bu gün Bakı şəhərinin Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Hava limanı –Mərdəkan dairəsi - Bilgəh yolunda "Shacman" markalı yük maşını yolayrıcı maneəyə çırpılaraq yolun əks tərəfinə keçib.

Qəza nəticəsində xəsarət alan olmasa da, yol infrastrukturuna ciddi ziyan dəyib. 52 paqonnametr əyrixətli tir və bir neçə kvadrat metr döşənmiş səki daşı tamamilə sıradan çıxıb.

Yol infrastrukturuna dəymiş ziyanın məbləğinin 6 min manata çatdığı bildirilir.

Hadisə ilə əlaqədar araşdırmalar aparılır.

AzNews.az