Bakı-Şamaxı-Yevlax yolunda vəziyyət təhlükəli həddə çatıb. Bakı-Şamaxı-Yevlax yolunda vəziyyət təhlükəli həddə çatıb.

Bakı-Şamaxı-Yevlax yolu bağlana bilər

Bakı-Şamaxı-Yevlax yolunda vəziyyət təhlükəli həddə çatıb.



Buna səbəb yolda son günlər baş verən sürüşmələrdir. Son vaxtlar intensiv yağan yağıntılar nəticəsində Qobustan-Şamaxı aşrımındakı 18 sürüşmə zolağı var ki, onlardan artıq 3-ü aktivləşib. Şamaxı və Qobustan rayonları arasında uçqunlar gündən-günə çoxalır.

Adıçəkilən sürüşmə zonasında təxminən iki ildir ki, aktivləşmə müşahidə edilir. Sürüşməyə intensiv yağan yağışların səbəb olduğu bildirilir. Son zamanlar baş verən yeraltı təkanlar isə sürüşməni daha da intensivləşdirib. Bunun nəticəsində yollarda çalalar yaranıb ki, bu da həmin yoldan istifadə edən nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.
Sürüşmə magistral yolun hərəkət istiqamətində olduğundan, başlıca olaraq ərazidən keçən avtomobillər üçün ciddi təhlükə yaradır. Hətta bu aşırımda yolun bir hissəsi tamamilə çökdüyündən alternativ yol çəkilib.

Buna baxmayaraq, yollarda aktivlik var və təhlükə qaçılmaz hala gəlib.
Yolun 106 km-də isə daha çox qəzalı vəziyyət yaşanır. Yol bir tərəfdən uçquna məruz qalıb, digər tərəfdən isə ensiz olması hərəkətə mane olur.

Əraziyə nəzarət edən Yol İstismar İdarəsinin baş mühəndisi Ağaxan Nəcəfov yolları mütəmadi olaraq təmir etdiklərini bildirib. Mühəndis onu da bildirib ki, yaxın günlərdə yoldakı mövcud problemin həlli üçün işlərə başlanacaq.

AzNews.az