Rassel Krou Taksim hadisələrinə münasibət bildirib Rassel Krou Taksim hadisələrinə münasibət bildirib

Holivud ulduzu “Gezi parkı” aksiyaçılarına səsləndi

Rassel Krou Taksim hadisələrinə münasibət bildirib



Holivud ulduzu Rassell Krou Gezi parkı hadisələrinə münasibət bildirib.

Məşhur aktyor "Twitter" sosial şəbəkəsində paylaşdığı yazıda Türkiyədə baş verən hadisələrin kədərləndirici hal olduğunu bildirib. Digər məşhurlardan fərqli olaraq Rassel aksiyaçıları dəstəkləməyib, əksinə həm polisi, həm də aksiyaçıları hərəkətlərini nəzərdən keçirməyə çağırıb:"Türkiyədəki hadisələri eşitmək kədərlidir. Etirazçılar və polislər, etdiyiniz hərəkətləri ağlınızla və ürəyinizlə nəzərdən keçirin. Şəfqət dindən öncə gəlir".

Xatırladaq ki, Madonna, Rihanna, Miranda Kerr, Bryus Uils, Tilda Suinton kimi məşhurlar sosial şəbəkələrdən paylaşdıqları statuslarla Gezi parkı aksiyaçılarına dəstək vermişdilər. (anspress)

AzNews.az