Gözünü itirən 18 yaşlı türk etirazçı danışdı

"Gözümü necə aldılarsa, eləcə də geri versinlər"


Məlum olduğu kimi, Antalyada 1 iyun gecəsi AKP binası qarşısında keçirilən aksiyalar zamanı polisin qaz bombasından istifadə etməsi nəticəsində 18 yaşlı etirazçı bir gözünü itirmişdi. Vedat Oğuz xəstəxanadan çıxdıqdan sonra həmin gənc o gecə barədə danışıb:

"Ortalıq bir anda qarışdı. 5-6 metrlik məsafədən atılan qaz bombası kapsulu üzümə tuş gəldi. Yerə yıxıldım, gözümü bir də xəstəxanada açdım".

O, günahkarların tapılıb cəzalandırılmasını istədiyini də sözlərinə əlavə edib: "Günahkarlar tapılmasa bir də dövlətə, təhlükəsizlik xidmətlərinə, ədalətə inanmayacağam. Gözümü necə aldılarsa, eləcə də geri versinlər".

Elvin
AzNews.az