Mənzildə nəzarətsiz qalmış uşaqlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib Mənzildə nəzarətsiz qalmış uşaqlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib

İki azyaşlı xilas edildi

Mənzildə nəzarətsiz qalmış uşaqlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib



Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

AzNews.az