Şirvan sakini özünü çaya atdı

Şirvanda intihar məqsədilə özünü çaya atan qadının axtarışları davam edir.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər qadın Kür çayının Şirvan şəhərindən keçən hissəsində intihar məqsədilə özünü çaya atıb.

Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Qeyd olunan şəxsin batdığı ehtimal olunur və axtarışları davam etdirilir.

AzNews.az