- Köhnə - Hadisə
- 17 İyun 2013 10:33
- 2 141
Sabaha olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində iyunun 18-də hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
AzNews.az