Toğrul Nərimanbəyov harada dəfn olunacaq?

Azərbaycanın xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovun harada dəfn ediləcəyi sabah məlum olacaq.



Bu barədə APA-ya Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova məlumat verib. O bildirib ki, bu gün T. Nərimanbəyovun dəfni ilə bağlı qızı Əsmər Nərimanbəyovanın qaldırdığı iddiaya Paris şəhərinin 15-ci rayonunun 1-ci instansiya məhkəməsində baxılıb. Məhkəmə iclasının tam sakit şəraitdə keçdiyini və 2 saat davam etdiyini söyləyən S. Nərimanbəyova sabah məhkəmənin mərhumun harada dəfn olunacağı ilə bağlı qərar verəcəyini açıqlayıb.

Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, 83 yaşlı Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 7-də vəfat edib. Mərhumun ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin T. Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb.

Mərhumun meyiti vəfat etdiyi gündən bu günə kimi morqda saxlanılır.

AzNews.az