Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Elman Türkoğlunun övladı Məhəmmədəmin Həsənlinin meyiti dəfn edilmək üçün Masallı rayonuna aparılıb. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Elman Türkoğlunun övladı Məhəmmədəmin Həsənlinin meyiti dəfn edilmək üçün Masallı rayonuna aparılıb.

Elman Türkoğlunun oğlu Masallıda dəfn ediləcək

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Elman Türkoğlunun övladı Məhəmmədəmin Həsənlinin meyiti dəfn edilmək üçün Masallı rayonuna aparılıb.



Mərhumun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Ailəsi mərhumu dəfn etmək üçün Masallı rayonuna yola düşüb.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsənli Məhəmmədəmin Elman oğlu ötən gecə yaşadığı Texniki Universitetin yataqxanasının ayaqyolunda özünü asaraq intihar edib.

İntiharın baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. (apa.az)

AzNews.az