Azyaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü - Ucarda

Ucarda bədbəxt hadisə nəticəsində iki yaşlı uşaq ölüb.

Hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Qazyan kəndində baş verib. Belə ki, babasının himayəsində qalan 2011-ci il təvəllüdlü Hüseynli Rəcəb Xəyal oğlu su hovuzuna düşərək boğulub.

O, yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.//apa//

AzNews.az