İstefada olan polkovnik beynəlxalq axtarışa verildi

N saylı hərbi hissənin keçmiş komandiri, istefada olan polkovnik İsa Nəzər oğlu Sadıxov beynəlxalq axtarışa verilib.

Məlumata görə, Hərbi Prokurorluğun Xüsusi İstintaq İdarəsində İsa Sadıxov barəsində Cinayət Məcəlləsinin 341.3 (müharibə dövrü və ya döyüş şəraitində və ya hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, səlahiyyət həddini aşma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda bu iş üzrə araşdırma aparılır. 2001-ci ildən axtarışda olan və bu yaxınlarda Türkiyədə olan İsa Sadıxov bildirib ki, Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və tezliklə Bakıya gəlmək niyyətindədir.

Onun sözlərinə görə, Milli Şuraya da qoşula bilər. Bundan başqa, İsa Sadıxov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin üzvüdür.

Xatırladaq ki, İsa Sadıxov 1992-ci ildə müdafiə nazirinin müavini olub, Azərbaycanın qərbindəki hərbi əməliyyatlara rəhbərlik edib. //qafqazinfo//

AzNews.az