“Dolce&Gabbana” brendinin yaradıcıları həbs olundu

Dünyanın məşhur "Dolce&Gabbana" brendinin yaradıcıları Domeniko Dolçe və Stefano Gabana vergidən yayınmağa görə həbs olunub.


APA-nın məlumatına görə, İtaliyanın Milan şəhərində keçirilən məhkəmədə brendin sahiblərinin 2004-cü ildə Lüksemburqda səyyar şirkət quraraq "Dolce&Gabbana" və başqa bir neçə məşhur brendi bu şirkətə sataraq 1 milyon avro mənimsədiyi, vergidən yayındığı bəlli olub.

Məhkəmə modelyerlər barəsində 500.000 avro ödəməklə, 1 il 8 ay müddətinə həbs qərarı seçib.

AzNews.az