Restoranın yaxınlığında kişi meyiti tapıldı

Bakıda naməlum kişi meyiti tapılıb. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən "Kür" restoranının yaxınlığında qeydə alınıb. Restoranın yanından keçən dəmiryolu xəttinin yanında üzərində zorakılıq əlamətləri olan 50-55 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Mərhumun öldürüldüyü ehtimal edilir.

Hazırda meyitin şəxsiyyəti və hadisənin kimin tərəfindən törədilməsi araşdırılır.

AzNews.az