Temperatur yüksələcək

Sabahdan başlayaraq ölkə ərazisində hava şəraiti düzələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 21-dən 22-nə keçən gecə bəzi yerlərdə qısa müddətli yağış yağacağı, səhər kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi səhər saatlarından başlayaraq zəifləyəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olyunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 24-28 dərəcə isti təşkil edəcək.

İyunun 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi, gündüz yağmursuz keçəcəyi gözlənilir.Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında gecə 17-21, gündüz 30-35, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

İyunun 23-də yağmursuz hava müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

AzNews.az