- Köhnə - Hadisə
- 22 İyun 2013 07:28
- 1 816
Ağcaqanadlar 59 nəfəri öldürdü
Taylandda ağcaqanadlardan yoluxan virusdan ölənlərin sayı 59-a çatıb. Ölümcül xəstəliyin yağış mövsümündə daha da sürətlə yayıldığı bildirilib.
Ölkənin Səhiyyə Nazirliyinin səlahiyyətliləri ağcaqanadlardan yoluxan virusun yaratdığı qızdırma epidemiyasının bu ilin ilk 6 ayında 49 min nəfərdə qeydə alındığını açıqlayıb.
Virus daşıyan ağcaqanadların sancması ilə yoluxan xəstəlik yüksək temperatur, baş ağrısı, dəri səpgiləri kimi narahatçılıqlara səbəb olur, bəzi hallarda ölümlə nəticələnir.
AzNews.az