Üzeyir Məmmədlinin həbs müddəti uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsində N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin həbs müddətinin uzadılması ilə proses keçirilib.

Bu barədə AzNews.az-a hərəkatın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ü.Məmmədlinin həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Ü.Məmmədli martın 30-da həbs edilib.

O, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə) ittiham edilir.

AzNews.az