Bakıda taxta sexində yanğın

Səhər saatlarında paytaxtda taxta sexində baş vermiş yanğın söndürülüb

Bu gün səhər saatlarında Bakıda taxta sexində baş vermiş yanğın söndürülüb.

AzNews.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda taxta sexində yanğın hadisəsi baş verib. Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1556 kv.m olan anbarının yanar konstruksiyaları və içərisində taxta məmulatları 540 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və anbara bitişik fərdi (özbaşına tikilmiş) evlər yanğından mühafizə olunub.

Yanğın saat 10:38-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az