- Köhnə - Hadisə
- 23 İyun 2013 17:18
- 1 815
“Bəbəyi qırmızı, rəngi narıncı idi” - FOTO
Naməlum məxluqu görən Qulunun sözlərinə görə, onun gözlərinin ətrafı qapqara idi: "Gözlərinin içi də qapqara, damar–damar idi. Gözlərində damarlar var idi. Bəbəyi qırımızı idi, ancaq qaşları incə idi, Bəbəyin içi də ağ dairə idi".
Biz 3-ci sinifdə oxuyan Qulunun haqqında danışığı məxluqun onları qorxutmaq istəyən hər hansı bir insan ola biləcəyini düşünüb, onunla hadisə barəsində xeyli söhbət etsək də, onun gördüklərini son dərəcə dəqiq təsvir etməsi bizi də maraqlandırdı.
Belə ki, Qulu Məmmədovun sözlərinə görə, haqqında danışdığı naməlum məxluqun uzun dırnaqları, ağzından çölə çıxmış uzun qabaq dişləri, çiyninə qədər tökülmüş ağ saçları, narıncı rəngdə dərisi olub. Hətta onun bədəni o dərəcədə arıq olub ki, qolundakı damarlar belə açıq-aydın görünürmüş.
Qeyd edək ki, mövcud hadisəni eyni vaxtda görənlərdən biri Qulunun bacısı 5 yaşlı Nərmin olub. Lakin həmin hadəsədən bəri bərk qorxan Nərmin bu barədə danışmaqdan qorxur. Elə sonuncu dəfə bacısının qışqırıq səsinə gələn Qulu həmin məxluqun insanların bacara bilmədiyi bir hərəkət etməsi ilə rastlaşıb.
Uşaqların valideyinləri onların dediklərinə əvvəllər inanmasalar da, sonradan yaşadıqları kənddə rəssama müraciət edərək məxluqun fotoportretini hazırlatdırıblar. Indi ailə iki azyaşlının qorxudan düşdükləri pisxoloji gərginliyin daha da arta biləcəklərindən, eləcə də mövcud hadisənin yenidən təkrarlana biləcəyindən narahatdır. (Anspress)
AzNews.az