Sabah Bakının bəzi yerlərində su olmayacaq

Sabah Masazır və Binəqədi qəsəbələrinin su təchizatında fasilələr olacaq. "Azərsu" ASC-nin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən qidalanan 1 200 mm diametrli magistral su xəttində aparılacaq təmir işləri ilə əlaqədar iyunun 25-də saat 00:00-dan etibarən 26 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinə və Bakı şəhərinin Binəqədi rayonu Binəqədi qəsəbəsinin bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.


AzNews.az