Məhkum Penitensiar Xidmətin xəstəxanasında öldü



Azərbaycanda istintaq altında olan şəxs dünyasını dəyişib.

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Bakı İstintaq Təcridxanasından Müalicə müəssisəsinə gətirilən Gəncə şəhər sakini Sərdar Cəlal oğlu Aslanov xəstəlikdən dünyasını dəyişib. Onun hansı xəstəlikdən öldüyü hələlik açıqlanmır.

Qeyd edək ki, S. Aslanov bu ilin martında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, narkotik vasitə olan marixuananı 3.000 ABŞ dollarına satmaq istəyərkən yaxalanıb.