- Köhnə - Hadisə
- 26 İyun 2013 15:58
- 2 207
Magistraturanın bəzi ixtisaslarında müsabiqə şərtləri dəyişdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, 6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilib. Bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilib, ümumi bala qoyulan tələblər dəyişməyib.
Ali təhsil müəssisələrinin magistraturalarına 2013 – 2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsi ilə iyunun 27-dən 30-dək aparılacaq. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar. Magistraturaya qəbul imtahanının 23 iyun tarixində keçirilmiş ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.
AzNews.az