Bağlı qapı arxasında köməksiz qalan 3 nəfər xilas edildi

Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində köməksiz qalmış 2 nəfər, o cümlədən 1 nəfər azyaşlı xilas olunub.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə damdan enərək eyvandan daxil olub və giriş qapısını açıblar.

AzNews.az