- Köhnə - Hadisə
- 27 İyun 2013 10:26
- 1 404
Milli Məclisin son iclasının gündəliyi açıqlandı
Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 9 məsələ daxil edilib.
Bunlardan 7-si Gəncə, Naxçıvan, Şəki, Şirvan və bir sıra şəhər apelyasiya məhkəmələrinə hakimlərin təyin olunmasıdır.
Bunlarla yanaşı, ötən iclasda təxirə salınan "Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında" qanun layihəsi ikinci oxunuşda və Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq.
AzNews.az